43 SAYLI SUMQAYIT ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 43850
- Seçilmiş vəkil: Emin Hacıyev
- Məntəqələrin sayı: 34
- Ərazi: SUMQAYIT ŞƏHƏR, 10-CU MİKRORAYON, Ü. HACIBƏYOV KÜÇƏSİ 11
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı

-
Partiya: YAP
Emin Hacıyev
Emin Hacıyev 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2008-ci ildə Memarlıq və İnşaat Universitetində "Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. Daha sonra 2013-2015-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasında magistr təhsili almışdır.
2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009-2020-ci illərdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü və məsul katibi vəzifəsində çalışmışdır.
Ailəlidir, 3 övladı var.