68 SAYLI CƏLİLABAD KƏND SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 40680
  • Seçilmiş vəkil: Elman Nəsirov
  • Məntəqələrin sayı: 34
  • Ərazi: CƏLİLABAD RAYONU, ALAR KƏNDİ

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Elman Nəsirov

Elman Nəsirov

1968-ci il mayın 23-də Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Siyasi elmlər doktoru, professordur. «Qızıl qələm» mükafatı laureatıdır. 9 kitab, 100-dən çox elmi məqalə və 6 tədris-metodik vəsaitin müəllifidir. Rus və ingilis dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1985–1989-cu illərdə Cəlilabad rayonunda sovxozda fəhlə işləmiş, hərbi xidmət keçmiş, 1989–1994-cü illərdə ali məktəbdə təhsil almışdır. 1995–2003-cü illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında baş laborant işləmiş, 2001–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş müəllim, dosent, elmi kitabxananın müdiri, baş elmi işçi, elmi katib, 2008–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi, Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzi direktorunun müavini, 2012–2014-cü illərdə Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində çalışmışdır. 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktorudur.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Belarus, Çin, Fransa, İndoneziya, Qazaxıstan, Latviya, Lüksemburq, Macarıstan, Özbəkistan, Pakistan, Şimali Makedoniya, Türkiyə, Ukrayna, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 3 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər