124 SAYLI ŞUŞA-AĞDAM-XOCALI-XOCAVƏND SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 44033
- Seçilmiş vəkil: Elman Məmmədov
- Məntəqələrin sayı: 86
- Ərazi: BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏZİM ƏZİMZADƏ KÜÇƏSİ 4
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı
- - Milli Meclisin II Çağırışı
- - Milli Meclisin III Çağırışı
- - Milli Meclisin IV Çağırışı
- - Milli Meclisin V Çağırışı

-
Partiya: YAP
Elman Məmmədov
Elman Məmmədov 1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus və erməni dillərini bilir.
1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il noyabrın 6-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 7 övladı var.