124 SAYLI ŞUŞA-AĞDAM-XOCALI-XOCAVƏND SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 44033
  • Seçilmiş vəkil: Elman Məmmədov
  • Məntəqələrin sayı: 86
  • Ərazi: BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏZİM ƏZİMZADƏ KÜÇƏSİ 4

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin II Çağırışı
  • - Milli Məclisin III Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Elman Məmmədov

Elman Məmmədov

1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. «Azərbaycan Bayrağı» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. Rus və erməni dillərini bilir.
1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991–2000-ci illərdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Amerika Birləşmiş Ştatları, Belarus, Fransa, Polşa, Rumıniya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 7 övladı var

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər