51 SAYLI QUSAR SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 44735
- Seçilmiş vəkil: Azər Badamov
- Məntəqələrin sayı: 62
- Ərazi: QUSAR ŞƏHƏRİ,H.ƏLİYEV PROSPEKTİ,142
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- - Milli Məclisin IV Çağırışı
- - Milli Məclisin V Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 313-29-62
- E-mail: [email protected]
Azər Badamov
1968-ci il avqustun 18-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Azərbaycan Texnologiya İnstitutunun Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. Rus dilini bilir.
1986–1988-ci illərdə hərbi xidmət keçmiş, 1989-cu ildən Qusar Şəhər İctimai İaşə İdarəsində iqtisadçı, 1991-ci ildən Qusar Rayon Mərkəzi Xəstəxanasında müfəttiş-mühasib işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin birinci dərəcəli müfəttişi, 1994-cü ildən «Şahdağ» firmasının iqtisadçısı vəzifələrində çalışmışdır. 2003– 2007-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2008–2010-cu illərdə «Aztelekom» İstehsalat Birliyinin Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi olmuşdur.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Belarus, Danimarka, İsveç, Qazaxıstan, Pakistan, Portuqaliya, Rusiya, Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 2 övladı var.