8 SAYLI BİNƏQƏDİ BİRİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 48107
  • Seçilmiş vəkil: Azay Quliyev
  • Məntəqələrin sayı: 39
  • Ərazi: BİNƏQƏDİ RAYONU AZADLIQ PROSPEKTİ,184 BİNƏQƏDİ BƏLƏDİYYƏSİ II MƏRTƏBƏ

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin III Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı

Azay Quliyev

Azay Quliyev 23 iyun 1971-ci ildə Zəngəzur mahalı, Qarakilsə rayonunun Vağudi kəndində anadan olmuşdur.

Orta təhsilini doğulduğu kənddə almışdır.

1989-1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1992-1998-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində,

1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda,

2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, "Kennedy School"-da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında,

2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil almışdır.

Azay Quliyev Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə, Macarıstan, Gürcüstan, Rusiya, Belçika, İsveçrə, Avstriya, Rumuniya, Serbiya və digər ölkələrdə Qarabağ probleminin ədalətli həlli, vətəndaş cəmiyyəti inistitutları, insan hüquqları, tolerantlıq və digər mövzularda keçirilən konfranslarda məruzələr edib.

İngilis və rus dillərini bilir.

2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

2005-ci ildən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

2005-ci ildən Azərbaycan – Rumıniya Parlamentlərarası İşçi qrupun rəhbəridir.

2005-ci ildən Azərbaycan – Çexiya, Azərbaycan - Estoniya, Azərbaycan - Türkiyə, Azərbaycan – Avstriya, Azərbaycan – Cənubi Afrika Respublikası, Azərbaycan – İsveçrə, Azərbaycan - Özbəkistan, Azərbaycan - Serbiya Parlamentlərarası İşçi qruplarının üzvüdür.

2015-ci ildə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

2019-cu ildən Azərbaycan-Almaniya, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İspaniya və Azərbaycan-İtaliya Parlamentlərarası İşçi qruplarının üzvüdür.

Ailəlidir, üç övladı var

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər