22 SAYLI NƏSİMİ İKİNCİ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 38418
- Seçilmiş vəkil: Asim Mollazadə
- Məntəqələrin sayı: 28
- Ərazi: NƏSİMİ RAYONU, AKADEMİK MİRQASIMOV 2, LAYİHƏ SMETA BÜROSUNUN BİNASI
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- - Milli Məclisin II Çağırışı
- - Milli Məclisin III Çağırışı
- - Milli Məclisin IV Çağırışı
- - Milli Məclisin V Çağırışı
- Partiya: DİP
- Telefon: +99450 203-70-66
- E-mail: [email protected]
Asim Mollazadə
1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri doktorudur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Bir sıra dərslik və elmi məqalələrin müəllifidir. Bir neçə ixtirası vardır. İngilis və rus dillərini bilir.
1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993– 2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olmuşdur.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədridir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Argentina, Böyük Britaniya, Braziliya, İsrail, İsveçrə, Kolumbiya, Lüksemburq, Macarıstan, Polşa, Serbiya, Şimali Makedoniya, Türkiyə, Uruqvay parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var