32 SAYLI SURAXANI ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 39210
  • Seçilmiş vəkil: Afət Həsənova
  • Məntəqələrin sayı: 30
  • Ərazi: SURAXANI RAYONU ƏMİRCAN QƏSƏBƏSİ, MALİK MUSTAFAYEV KÜÇƏSİ 8 A

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Afət Həsənova

Afət Həsənova

1960-cı il sentyabrın 3-də Quba şəhərində anadan olmuşdur. ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbinin Tarix fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1983-cü ildən Quba rayon 1 №-li orta məktəbində azad komsomol təşkilatının katibi, 1984-cü ildən Azərbaycan LKGİ Quba Rayon Komitəsində şöbə müdiri, 1985-ci ildən Azərbaycan KP Quba Rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1989–1991-ci illərdə Zəngilan şəhər 1 №-li orta məktəbinin tarix müəllimi, 2001–2012-ci illərdə Bakı Slavyan Universitetinin «Türk-slavyan əlaqələri» elmi tədqiqat laboratoriyasının elmi işçisi, 2012–2015-ci illərdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini-şöbə müdiri, 2015–2020-ci illərdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Elm və təhsil komitəsinin, İntizam komissiyasının üzvüdür. Çexiya, İspaniya, İtaliya, Rusiya, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

KOMİSSİYALAR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər