20 SAYLI NƏRİMANOV İKİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 44363
  • Seçilmiş vəkil: Adil Əliyev
  • Məntəqələrin sayı: 33
  • Ərazi: NƏRİMANOV RAYONU F.X.XOYSKİ PROSPEKTİ 79

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin III Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı

Adil Əliyev

Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992-1993-cü illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləyib. 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış və 2020-ci ildə VI çağırış Milli Məclisinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olub. Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir. 2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilib. 9 aprel 2013-cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi alıb. 10 mart 2020-ci ildə Adil Əliyev Milli Məclisin sədr müavini və Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilib. Adil Əliyevə 2000-ci ildə "Polis əlaçısı" fəxri adı verilib və 2005-ci ildə prezidentin fərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib. 20 iyun 2020-ci ildə "ehtiyatda olan polkovnik" rütbəsiylə təltif edilib. Adil Əliyev general-polkovnik, ədliyyə nazirinin keçmiş müavini, hazırda prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev qardaşıdır. Ailəlidir, üç övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər