Respublikaçı Alternativ Partiyası (REAL)

  • Quruluş tarixi: 31 Avqust 2020
  • Qurucular: İlqar Məmmədov

Haqqında

2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. 7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək Real Partiyasını yaratmışdır. Partiyanın seçkili orqanlarına səs vermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilmişdir. 2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı. 2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı. Bu və bundan öncəki məsələlərə etiraz olaraq Azər Qasımlı, Xalid Bağırov, Toğrul Vəliyev, Altay Göyüşov, Azər Mehtiyev,Rövşən Ağayev partiyadan istefa etdi. Mətbuat brifinqi keçirən Azər Qasımlı partiyanı və İlqar Məmmədovu avtoritarizm ilə ittiham etdi. Partiya 1 sentyabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. İlqar Məmmədov 4 sentyabr 2020-ci il tarixində Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüş keçirmiş, Vəliyev partiyanın qeydiyyatı münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırmışdır.

Millət Vəkilləri