Demokratik İslahatlar Partiyası

  • Quruluş tarixi: 12 Avqust 2005
  • Qurucular: Asim Mollazadə

Haqqında

2000-2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. 2008-ci il iyulun 20-də ADİSP II Qurultayı baş tutdu. Qurultayda Asim Mollazadə növbəti dəfə üç il müddətinə ADİSP sədri seçildi. ADİSP 2010-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçimlərdə 5 555 səs (0.24 %) topladı. 2011-ci il sentyabrın 10-da ADİSP III Qurultayı baş tutdu. Qurultayda Asim Mollazadə üçüncü dəfə üç il müddətinə ADİSP sədri seçildi. 2013-cü il iyunun 15-də ADİSP IV Qurultayı baş tutdu. Qurultayda Asim Mollazadə dördüncü dəfə üç il müddətinə ADİSP sədri seçildi. ADİSP 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçimlərində on üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və üçüncü dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçimlərdə 21 044 səs (0.74 %) topladı. 2016-cı il yanvarın 1-də ADİSP V Qurultayı baş tutdu. Qurultayda Asim Mollazadə beşinci dəfə üç il müddətinə ADİSP sədri seçildi. 2019-ci il noyabrın 10-də ADİSP VI Qurultayı baş tutdu. Qurultayda partiyanın adı Demokratik İslahatlar Partiyası olaraq dəyişdirildi.Qurultayda Asim Mollazadə altıncı dəfə üç il müddətinə DİP sədri seçildi. DİP 2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və dördüncü dəfə Milli Məclisə seçildi. DİP həmin seçimlərdə 5 533 səs topladı.

Millət Vəkilləri