Azərbaycan Demokratik Maarifçilik Partiyası

  • Quruluş tarixi: 4 Avqust 1995
  • Qurucular: Elşən Musayev

Haqqında

Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan Parlament seçimlərində mübarizə apardı. Nəticədə ADMP üzvü v ə partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı. Amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu. ADMP 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan Parlament seçimlərində də mübarizə apardı. 17 saylı Yasamal üçüncü dairəsində namizədliyini irəli sürən AMDP sədri Elşən Musayev, 55 səslə 13-cü pillədə qərarlaşdı. ASRP sədri Elşən Musayev növbəti illərdə də, 2015-ci il noyabrın 1-də baş tutan və 2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində mübarizə apardı. Elşən Musayev 2015-ci ildə 110 saylı Zaqatala dairəsindən 13 280 səslə, 2020-ci ildə isə həmin dairədən 9 004 səslə qalib gəldi.

Millət Vəkilləri