Vətəndaş Həmrəyliyi Partiyası

  • Quruluş tarixi: 3 Noyabr 1992
  • Qurucular: Sabir Rüstəmxanlı
  • İdarə Heyəti: Felmar Ələkbərli, Fəzail İbrahimli, Samir Əsədli, Elxan Mirzəyev, Nəsimi Şərəfxanlı, Rafiq Manaflı, Şəfəq Qulusoy, İbrahim Quliyev, Asif Şəkərli Faiq Balabəyli, Səlahəddin Əsgər, Yusif Xantemirov Yusif Salmansoy, Arif İsmayılbəyli
  • Üzv sayı: 20000
  • Baş qərargah: Bakı şəh., Tbilisi pr. 76
  • Mətbuat orqanı: Vətəndaş Həmrəyliyi qəzeti
  • Saytı: vhp.az

Haqqında

Azərbaycanın aparıcı və əsas siyasi partiyalarından biri olan Vətəndaş Həmrəyliyi Partiyası 26 sentyabr 1992-ci ildə təsis edilib, 03 noyabr 1992-ci ildə isə rəsmi dövlət qeydiyyatına alınıb. Partiyanın təsis qurultayında Nizamnamə, Məramnamə qəbul edilmiş və ilk rəhbərlik seçilmişdir. Azərbaycanın işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır. VHP -nin 80 rayon və 1 Muxtar Respublika təşkilatı var.Partiyanın bu günə kimi 6 (8) qurultayı keçirilib. VHP-nin ali orqanı Qurultaydır. Qurultayda sədr, Ali Məclis və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilir. Ali Məclisin sessiyalar arası dövründə əsas qərar verici orqan- Siyasi Şuradır. Partiyanın mətbu orqanı- "Vətəndaş Həmrəyliyi" qəzeti, "Bakı Təbriz" jurnalı və "www.vhp.az" internet saytıdır. Partiyanı Azərbaycan Milli Məclisinin VI çağırışında 3 millətvəkili- Fəzail İbrahimli, Rafael Hüseynov və Sabir Rüstəmxanlı təmsil edir. Partiya həmçinin Milli Məclisin sədarətində-Fəzail İbrahimli Milli Məclisin sədr müavini olaraq təmsil olunur. Partiyanın MSK-dakı nümayəndəsi Almas Qəhrəmanlıdır.

Millət Vəkilləri