Siyasət 16 Yanvar 2023, 16:19 | Baxış sayı: 122
"Yəqin, Ermənistandakı qadınlar kişilərə deyiblər ki, siz biqeyrətsiniz, indi görün biz “nağayracağıq”"

Milli Məclisin deputatı Elman Məmmədov Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsi ilə bağlı qanun layihəsinin hazırlanmasına münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Ermənistan ehtiyac, əsgər çatışmazlığı üzündən bu varianta əl atır.

 

E.Məmmədov bildirib ki, Ermənistanda kişilərin işsizlikdən kütləvi şəkildə inteqrasiyası uzun illərdir, baş verir: “Orduda ciddi əsgər çatışmazlığı var. Kişiləri yarıtdılar, indi qalıb qadınları... Erməni kişilərin sonu məlum oldu, 44 günlük müharibədə ölənləri öldü. Bir orduda 44 gün ərzində 13 min fərari... Bunu biz demirik ki. Ermənilərin bütün saytları deyir. O biabırçılıqdan sonra yenidən ordu düzəldib nəsə etmək istəyirlər. Bu, ağılsızlıqdır. Bu addımla digər ermənilərin də kökünü kəsəcəklər. Ermənistan tam boşalmaya doğru gedir. Yəqin, Ermənistandakı qadınlar kişilərə deyiblər ki, siz biqeyrətsiniz, indi görün biz “nağayracağıq”. Azərbaycan əsgərlərinin onlara ehtiyacı çoxdur. Eybi yox, qoy hazırlaşsınlar... Bu “ağıl”, gedişat Ermənistanın sonunun yaxınlaşmasından xəbər verir. Bu qədər ağılsız bəyanatlar vermək...”

 

Deputat vurğulayıb ki, belə bir vəziyyətdə yenə düşmənçilikdən, ərazi iddialarından əl çəkməmək erməni dövlətinin, millətinin faciəsidir: “Ermənilər indi başqa şey haqqında fikirləşməlidirlər. Həm Ermənistanda, həm də xarici ölkələrdə yaşayan ermənilər götür-qoy edib, nəhayət, “Ermənistan” deyilən dövlətə ağlı başında, sağlam düşüncəli bir rəhbər seçməlidirlər ki, bu kök düşmənçiliyi, ərazi iddiaları siyasətindən birdəfəlik əl çəksinlər, qonşularla - Türkiyə və Azərbaycanla sülh şəraitində əməkdaşlıq etməyə can atsınlar. Bu istiqamətdə hərəkət etsinlər ki, bəlkə, mövcud vəziyyətdən çıxa bilələr. Cənab Prezident dəfələrlə deyir ki, haradan nə silah alırlar, alsınlar, nə hazırlıq görürlər, görsünlər, Ermənistan, ermənilər üçün bunun heç bir xeyri olmayacaq. Ağıllarını başlarına yığmasalar, bundan betər, güclü zərbələr alacaqlar. Hətta onlar məktəb yaşlı uşaqları da müharibəyə hazırlayır, onları da silahla davranmağa öyrədirlər. Və bunu saytlarında yerləşdirirlər. Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə əməkdaşlığa can atmaq, sülh şəraitində yaşamaq və bu ağılsızlıqdan əl çəkmək onların yeganə çıxış yollarıdır. Yoxsa qadını, uşağı müharibəyə hazırlamaq, haralardansa yenidən silah dilənmək, kiminsə köməyinə arxayın olub, nəsə etmək Ermənistan üçün çıxış yolu deyil…”

Xəbərlər