Cəmiyyət 19 Yanvar 2022, 16:33 | Baxış sayı: 193
"Əyində hərbi forma daşımaq məsuliyyət tələb edir".

“Hərbi forma Azərbaycan xalqı üçün böyük məna ifadə edir. Əyində hərbi forma daşımaq məsuliyyət tələb edir. Bu məsuliyyəti hər kəs tam dərk etməli və tələbləri də yerinə yetirməlidirlər. Ona görə də hərbi formadan sui-istifadə etmək yolverilməzdir. Görünür, kimlərsə vətəndaşların hisslərindən istifadə etməyə çalışır, qanunun tələblərindən kənar imtiyazlar əldə etmək istəyərək addım atırlar. Məsələ ilə bağlı çox ciddi tədbirlər görülür və görülməlidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, ölkədə hərbi geyimin müqəddəsliyinə kölgə salan, onun Azərbaycan xalqı üçün əhəmiyyətini zəiflədən cəhdlərin qarşısı alınmalıdır: “Heç kim hərbi formaya xələl gətirməməmli, bundan sui-istifadə etməməlidir. Müharibədə iştirak etməyin, qazi və ya şəhid ailəsi üzvü olmağın da müəyyən norma və qaydaları var. Dövlət onlara müəyyən imtiyazlar verir və lazım olan qayğını göstərir. Hərbi formadan sui-istifadə etmək yolverilməzdir. İnanmıram ki, Vətəninə və dövlətinə səmimi bağlı olanlar hərbi formadan sui-istifadə etsinlər. Hərbi formadan başqa məqsədlər üçün istifadə edənlər ciddi şəkildə cəzalandırılmalıdırlar. Təəssüflər olsun ki, bəzən belə hallarla qarşılaşırıq. Bəziləri düşünür ki, onlar müharibədə iştirak edib və ya qazidirsə, onların hansısa üstünlüyü var. Əlbəttə ki, belədir, amma bu üstünlük formadan sui-istifadəyə gətirib çıxarmamalıdır. Vətəndaşlar qanunun aliliyinə hörmətlə yanaşmağa məcburdurlar”.

Xəbərlər