Qanun Layihələri 19 Yanvar 2022, 12:48 | Baxış sayı: 268
Yaz sessiyası üzrə Milli Məclisin qanunvericilik işləri planı açıqlanıb.

Yaz sessiyası üzrə Milli Məclisin qanunvericilik işləri planı açıqlanıb.

Bu barədə Modern.az-a parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Komitə sədri bildirib ki, yaz sessiyasında əhalinin çoxdan gözlədiyi önəmli qanun layihələri müzakirə ediləcək:

“Yeni qanun layihələri ilə bərabər, yaz sessiyasının qanunvericilik işləri planına ötən payız sessiyasında nəzərdə tutulan, lakin müzakirə edilməmiş qanunlar da salınıb. Ötən sessiyadan qalan qanunların komitələrin daxili iclaslarında, o cümlədən plenar iclaslarda müzakirəsi gözlənilir.

Qanunvericilik işləri planına ümumi olaraq, “Qida təhlükəsizliyi haqqında”, “Ali təhsil haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” və digər qanun layihələri daxil edilib. Həmin layihələr bilavasitə vətəndaşların marağında olan məsələlərə toxunub. Yaz sessiyasında qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti olan Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxıla bilər. Həmin qanunlar indidən işlər planına daxil edilməmiş olsa da, vacibliyi nəzərə alınaraq, müzakirəyə çıxarılacaqdır”.

Xəbərlər