Siyasət 17 Aprel 2024, 15:32 | Baxış sayı: 201
"Yay tədarükünü görmək üçün pullarını alırlar..."

Aprelin 21-nə radikalların təyin etdiyi mitinq, demək olar ki, sifarişlidir, Avropa, Amerikadan verilən tapşırıqdır. Çünki dünyanın bu cür vəziyyətində, Rusiya-Ukrayna, Rusiya-Ermənistan münasibətləri, digər tərəfdən İran-İsrail münasibətləri, bir-birini raket atəşinə tuturlar. Təbii ki, Azərbaycanda olan daxili sabitliyi pozmaq üçün bu cür insanlara Fransadan, Amerikadan xüsusi tapşırıqlar verilib, pullar göndərilib. Azərbaycanı əhatə edən dövlətlərdə ciddi proseslər gedir. Əli Kərimli, onun başında pozucu fəaliyyətlə məşğul olan dəstəsi, bu cür qüvvələrə ömür boyu xidmət edən insanlar Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirirlər.

 

Bunu  açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

 

"Mitinq seçki ilə bağlıdır. Birincisi, Azərbaycanda hələ seçki keçirilmir. İkincisi, Azərbaycanda seçki keçirilməsi üçün tam qanunvericilik demokratikdir və Azərbaycanda azad, ədalətli, demokratik seçki keçir. Bu seçki məcəlləsi ilə dəfələrlə, yenə də keçirilir. Üçüncü, seçki haqqında o adam danışa bilər ki, seçkidə iştirak etsin. 2000-ci ildən bu tərəfə nə AXCP, nə də Əli Kərimli seçkidə iştirak etməyib. Ona görə də qorxub, seçkidə iştirak etməyib, müxtəlif bəhanələr gətirərək seçkidən yayınıb. Seçkidə iştirak etməyən adam seçki haqqında nə danışa bilər? Cəsarəti çatırsa gəlsin iştirak etsin, mübarizə aparsın, rəqibləri ilə birlikdə iştirak etsin. Seçilə bilirsə, insanlar səs verirsə, seçilsin. Odur ki, bunlar hamısı bəhanədir. Ən əsas məqsəd yaranmış ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərin üzərinə kölgə salmaq, ümumilikdə qarışıqlıq yaratmaqdır. Amma bilmir ki, Azərbaycan hüquqi dövlətdir. Qanunun aliliyi ilə idarə olunur. Kim qanunu pozacaqsa, qanun qarşısında cavab verəcək. Həm də başqa məsələ var ki, qarşıdan yay gəlir. Yay tədarükünü görmək üçün
artıq o pullarını alır. Yay istirahətini təşkil etmək üçün, hansı ki, xaricdən verirlər", - S.Novruzov qeyd edib.

pravda.az

Xəbərlər