Plenar iclaslar 1 Fevral 2022, 14:41 | Baxış sayı: 275
"Yaxşı olar ki, hazırda mənzil-istismar sahələrinin funksiyaları genişləndirilsin, onlar bələdiyyələrin tabeliyinə verilsin".

“Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması üçün mənzil mülkiyyətçilərinin 50 faizindən çoxu toplaşıb iclas keçirməli, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. Ancaq təcrübə göstərir ki, mənzil mülkiyyətçilərinin 50 faizindən çoxunu bir araya toplamaq olmur”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, bu haldan da işbazlar yararlanır: “Yaxşı olar ki, hazırda mənzil-istismar sahələrinin funksiyaları genişləndirilsin, onlar bələdiyyələrin tabeliyinə verilsin. Yeni çoxmərtəbəli binalar da məhz bələdiyyələrin nəzdində fəaliyyət göstərəcək həmin mənzil-istismar sahələrinə verilsin”.

Xəbərlər