Siyasət 15 Dekabr 2022, 13:38 | Baxış sayı: 109
"Xocalı qətliamı törədiləndə... humanist dəyərlər katolikosun yadına düşmədi"

Bütün ermənilərin katalikosu 2-ci Qareginin Laçın humanitar yolunun guya Azərbaycan tərəfindən bağlanılması ilə əlaqədar  xristian kilisələri və beynəlxalq təşkilatlara  ünvanlanmış müraciəti real vəziyyəti əks etdirmədiyi üçün universal və humanitar dəyərlərin istismar edilməsindən başqa bir şey deyil".

Bunu millət vəkili Hikmət Babaoğlu  ermənilərin katolikosu II Qareginin xristian kilsələrinin, beynəlxalq və dinlərarası təşkilatların rəhbərlərinə ünvanladığı Azərbaycanın Laçın dəhlizindəki hərəkətlərinə qarşı çıxmağa və "Artsax"da humanitar fəlakətin qarşısının alınması ilə bağlı çağırışını şərh edərkən bildirib. 

Musavat.com-a açıqlamasında H.Babaoğlu qeyd etdi ki, din xadimləri bir qayda olaraq ətrafda baş verənlərə  bütün dinlərin əsas fəlsəfəsi olan humanist dəyərlər nöqteyi- nəzərindən yanaşırlar, lakin Azərbaycanın ərazisində baş verən vandallıq aktlarına göz yumuldu:
"Təəssüf ki , Azərbaycana aid olan dini –mənəvi abidələr Qareginin dindaşları tərəfindən dağıdılanda, Xocal soyqırımı törədiləndə humanist dəyərlər erməni katalikosun heç bircə dəfə də yadına düşmədi. 30 il Azərbaycan torpaqları  barbarcasına ermənilər tərəfindən talan edildikdə  yenə erməni din xadimləri susdular. Bütün səmavi dinlərdə  humanizmi təkcə, insanlara münasibətdə deyil, ətraf mühitə və bütün canlılara münasibətdə əsas yanaşma hesab edilir. Erməni katalikosu nədənsə Qızılbulaq və Dəmirli ətrafında dindaşlarının təbiətə təcavüz edərək ətraf mühitə, canlılara  vurduğu zərədən danışmır. Ancaq guya ki, Qarabağ sakinlərinə qarşı antihumanist addımlar atıldığını söyləyir. Belə yanaşma səmimi və dini dəyərlər baxımından başadüşülən deyil".

Millət vəkili vurğuladı ki, azərbaycanlılar Laçın yolunda ona görə etiraz aksiyaları keçirirlər ki, erməni terrorçuları Azərbaycan torpaqlarına qarşı ekosid həyata keçirilər: "Əsl qınanmalı məsələ budur. Aksiya iştirakçıları yolu bağlamayıblar və məqsədləri də bu deyil. Yol humanitar məqsədlər üçün açıqdır və bizim müvafiq qurumlar Qarabağ sakinlərinə hər cür yardım etməyə də hazır olduqlarını bildiriblər. Bütün ermənilərin katalikosunun bizim ali ruhani liderimiz, möhtərəm şeyxülislam Allahşükür Paşazadəyə müraciətinə gəldikdə isə yaxşı olardı ki, 2-ci Qaregin 30 il müddətində Azərbaycanın ali ruhani liderinin ona etdiyi müraciətləri, bu müraciətlərlə bağlı hansı addımları atdığını yada sala sonra müraciət edə idi. Nədənsə o zamanlar Qareginin yadına  dini və mənəvi dəyərlər əsla düşmürdü. Katalikosun əsil niyyəti və məqsədi onun müraciətinin sonuncu cümləsindədir:" "Artsaxın Azərbaycanın tərkibində olması mümkün deyil". Bu, dini liderin əsl seperatçı mövqedən çııxış etməsidir və dinlə heç bir əlaqəsi yoxdur. Azərbaycanın ərazisində hər hansı "artsax"ın olması mümkün deyil. Biz də bunu  deyirik. Azərbaycanda Qarabağ var və o bizimdir!" 

Xəbərlər