“Xaricdəki nümayəndəliklərimizə edilən hücumlar ənənəvi erməni vandalizmidir”
Ermənilər Azərbaycanın ABŞ və Kanadadakı nümayəndəliklərinə hücum ediblər.
ABŞ-nin Los-Ancelos şəhərindəki Azərbaycan Baş Konsulluğunun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.Hadisəni əsk etdirən kadrlar sosial şəbəkədə yayılıb. Həmin vaxt ərazidə polis əməkdaşları görünməyib.
Kanadanın Toronto şəhərində isə gecə saatlarında bir qrup erməni əsilli şəxs Azərbaycan Evinin qarşısına gələrək, dövlət əleyhinə nalayiq ifadələr səsləndirib, təxribat törətməyə cəhd edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Təxribatla bağlı açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu ənənəvi erməni vandalizmi adlandırıb:
“Diplomatik nümayəndəliklər ona görə açılır ki, ölkələr, xalqlar arasında dostluq münasibətləri yaradılsın. Səfirliklərin, konsulluqları hədəf seçilməsi erməni etnopsixologiyasında sivil əlamətlərin olmamasının göstəricisidir.
Necə ki, 30 il əvvəl Azərbaycana qarşı ləqayətsiz işğal aktı həyata keçirdilər, Xocalı soyqırımını törətdilər, heç bir humanitar dəyərləri, müharibə qanunlarını nəzərə almadılar, eynilə də onlar üçün diplomatik qanunlar, toxunulmazlıqlar heç bir əhəmiyyət kəsb etmir.
Düşünürəm ki, bu cür təxribatlar yolverilməzdir. Nümayəndəliklərimizin yerləşdiyi dövlətlərin müvafiq qurumları özbaşınalıq edənləri cəzalandırmalıdır ki, belə hallar təkrarlanmasın”.
demokrat.az