Cəmiyyət, Plenar iclaslar 9 May 2022, 12:16 | Baxış sayı: 250
"Vətəndaş nikahından olan uşaqlara sosial müavinət verilsin".

Vətəndaş nikahından olan uşaqların sosial müavinət məsələsi bu gün ciddi məsələdir. Rəsmi nigahdan doğulmadıqlarına görə atadan aliment almırlar.

Bunu deputat Fəzail Ağamalı parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş nikahından olan uşaqların sosial müavinət məsələsi bu gün ciddi məsələdir.

"Belə ki, vətəndaş nikahından  dünyaya gələn uşaqlar ata soyadını daşımadığına görə  müavinət almırlar. Ata himayəsindən uzaqdırlar. Analar da heç harada işləmir. İşləməkdə problemləri var. Çünki peşələri yoxdur. Hətta məktəbə getmək üçün ehtiyacları belə ödənilə bilmir. Sosial müavinət məsələsində bu kateqoriyaya aid olanlara ciddi diqqət yetirmək lazımdır və  problemin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır", - deputat qeyd edib.

Xəbərlər