“Utilizasiya prosesinə yük maşınları və avtobuslar da əlavə edilməlidir”
Plenar iclaslar
6 İyun 2023, 15:01 | Baxış sayı:
196
Utilizasiya prosesinə minik avtomobili ilə yanaşı, yük maşınları və avtobuslar da əlavə edilməlidir.
“Report”un məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı İltizam Yusifov parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxış edib.
O bildirib ki, avtobusların utilizasiyası minik avtomobillərinə nisbətən daha təhlükəsiz və ətraf mühitə zərərsiz icra oluna bilər:
“Çünki avtomobillərin utilizasiyası bahalı prosesdir. Üstəlik avtobusla sərnişin daşınır və bu da insan həyatı deməkdir. Bu səbəbdən qanuna minik avtomobilləri ilə yanaşı, yük maşını və avtobuslar da əlavə edilsin”.