"Universitetlər hələ də tələbələrin vəsaiti hesabına dolanmaqda davam edirlər"
"Universitetlər hələ də tələbələrin vəsaiti hesabına dolanmaqda davam edirlər".
Bunu deputat Etibar Əliyev Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Ailə, qadın və uşaq məsələıəri, Səhiyyə, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, universitetlərə muxtariyyət verilib, onlar gəlirlərini həm də xidmət fəaliyyətlərindən formalaşdıra bilərlər:
"Amma bunun üçün şərait yaradılmır. Bu, necə muxtariyyətdir? Dövlət universitetlərində isə maliyyə xərcləmələrini dövlət öz əlində saxlayıb. Təhsilin İnkişafı Fondu universitetlərin köçürmələri hesabına fəaliyyət göstərir. Universitetlərə ödəniş etmələri ilə bağlı məktublar göndərilir. Rəqəm də nə az, nə çox 700 min manatdan 2 milyon manatadəkdir. Dünyanın başqa ölkələrində dövlət ali təhsil müəssisələrinə dəstək verir, bizim nazirlik isə onlardan pul qoparır".APA