"Universitet müəllimlərinin maaşlarının fərqli olması narahatlıq doğurur"

"Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllimlərinin maaşlarının fərqli olması narahatlıq doğurur".
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin noyabrın 5-də keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bəzi universitetlərdə maaşlar 2-3 dəfə, bəzilərində isə aşağıdır: “Qiymət artımına baxanda müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır".
Deputat deyib ki, daha bir narahatlıq doğuran məsələlərdən biri kişi müəllimlərin sayının azlığıdır: "Kişilər daha çox özəl sektora meyilli olurlar. Hesab edirəm ki, maaşların artırılması müəllimlik peşəsinə marağı da artırmış olar. Həmçinin tələbə təqaüdlərinin məbləğinin artırılması da gündəmdə olmalıdır”.
Mənbə: report.az