Cəmiyyət 1 Mart 2022, 14:35 | Baxış sayı: 246
"Ümumiyyətlə, müharibə bəşər övladına qarşı ən qəddar cinayətdir".

"Ukraynada müharibə günü-gündən geniş vüsət alıb, daha pis vəziyyət yaradır. Münaqişədə Ukrayna parlamentinin deputatı həlak olub və təəssüf ki, XXI əsrdə bu mövzular müzakirə olunur və müharibə təbliğ edilir. Ümumiyyətlə, müharibə bəşər övladına qarşı ən qəddar cinayətdir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Ukraynalı deputatın döyüşlərdə həlak olmasına münasibət bildirən M.Cəfərov qeyd edib ki, təcavüzə uğrayan tərəf hər zaman dövlətini, vətənini, xalqını müdafiə etməlidir.
"Azərbaycanda 44 günlük müharibə zamanı qismən səfərbərlik elan edildiyi halda, hazırda Ukraynada ümumi səfərbərlikdir. Həmçinin, Vətəni müdafiə etmək, müharibədən qaçmayıb silaha sarılmaq da seçimdir. Düşünürəm ki, ölkəmizdə müharibənin miqyası Ukraynadakı kimi böyüsəydi, vəzifəsindən asılı olmayaraq Vətənini sevən hər kəs müdafiəyə qoşulacaqdı. Gələcəyə münaqişəsiz dünya buraxmaq lazımdır, tarixin səhifələrini müharibə, qan, savaşla doldurmaq düzgün deyil. Hazırda baş verən münaqişələrin miqyasından narahatam. Dünya ölkələri daha böyük cinayətlər baş vermədən bu gedişatı dayandırmalı, tərəfləri danışıqlar masasına dəvət etməlidir. Xüsusi olaraq qeyd edim ki, vətənimizi qorumaq üçün hər zaman hazırıq, lakin mən gələcək nəsillərə münaqişə deyil, sülh sabitliyi miras qoymağın tərəfdarıyam".

Xəbərlər