"Ukraynanın Donbas bölgəsinin separatçı “respublikaları”nın məsələsini Qarabağla müqayisə etmək olmaz".
“Qarabağ Azərbaycandır. Azərbaycanın şanlı ordusu 44 günlük Vətən müharibəsində qalib gəlib və heç bir ölkə dövlətimizin ərazilərinə iddia edə bilməz. Həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrdə qeyd edib ki, status məsələsindən söhbət gedə bilməz. Odur ki, Ukraynanın Donbass bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması məsələsinin müzakirəsini Qarabağla müqayisə etmək olmaz”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputat qeyd edib ki, Ermənistan Azərbaycanla ərazi iddialarına son qoymağa yaxın mərhələdədir: "Digər bütün ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur. Müharibə başa çatıb və indi əsas hədəf Qarabağa Böyük Qayıdış layihəsi və kommunikasiyaların açılmasıdır".