Cəmiyyət 1 Mart 2022, 13:14 | Baxış sayı: 187
"Ukrayna dövlət imtahanını pis vermir".

"Rus fiziki, Nobel mükafatı laureatı Jores Alfyorov yazırdı: "Amerika bizi kütləvi silahlanmağa cəlb edəndən bir müddət sonra ərzaq talonla satılmağa başladı. Ölkə dağıldı..." İndi Rusiya müharibənin ağır fiziki, psixoloji və iqtisadi fəsadlarını yaşayır. Rubl reanimasiyaya düşüb. Talon dövrü də bitib. Gərək ərzaq olsun ki, satasan. Böyük alman filosofu Maks Şellerə görə müharibədə dövlət "Dövlət imtahanı" verir. "Xalqın iradəsi ilə Dövlətin başçısının iradəsi üst-üstə düşəndə dövlət qələbə çalır." Ukrayna dövlət imtahanını pis vermir".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.


E.Əliyev qeyd edib ki, Rusiyanın isə göndərişə (направление) ehtiyacı duyulur: "İkinci Dünya müharibəsindən sonra Avropada yaradılan bütün təsisatlar xalqlar arasında müharibə təhlükəsinin aradan qaldırılmasına xidmət edir. Rusiyanın isə yaratdığı və qoşulduğu təsisatların əksəriyyəti isə münaqişə yaratmağa xidmət edir. Bu ölkənin yazıçıları, sənət adamları, alimləri ölkəyə rəhbərlik edən adamlara bircə sual verməlidirlər: "Axı, siz nə etmisiniz ki, bütün dünya bizə nifrət edir?! Bütün dünya bizə qarşı birləşir!" Rusiyanın indiki durumu göstərir ki, özünütəşkilatlandırma (sinerji) da çox çətin olacaq. Çünki xaos dərinləşir".

Xəbərlər