Cəmiyyət 24 Mart 2023, 18:55 | Baxış sayı: 174
“Üç dəfə ərdə olub, yenə ərə getmək istəyir”

Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində yayımlanan "Kamranla 1" verilişində televiziya kanallarını tənqid edib. Aparıcı 44 günlük savaşda şəhid olan Azərbaycan oğullarının təbliğinin aparılması lazım olduğu halda, telekanalların orta yaşlı insanları evləndirməyə xidmət etməsini pisləyib. 

Lakin mövzu ətrafında müzakirələr fərqli istiqamətdə inkişaf etdi. Kamran Həsənli ilə həmfikir olanlarla yanaşı, efirdə evlilik proqramlarının olmasını normal qəbul edənlər də tapıldı.

Millət vəkili Aqil Abbas Musavat.com-a açıqlamasında real həyatda özünə qulaq yoldaşı tapa bilməyənlərin evlilik proqramlarına çıxmasını normal hesab etdiyini bildirdi:

"Xaricdə, hətta bütün dünyada bunun üçün qocalar evi var. Orda özlərinə qulaq yoldaşı tapırlar. Bizdə ən kasıb insanlar belə valideynlərini qocalar evinə aparmaqdan çəkinir, qalmışdı imkanı olanlar... Bunu edənlər az qala cəmiyyətdə söyüş yiyəsi olurlar. Nə edək, efirə çıxıb evlənmək istəyəni döyək, ya söyək? Mən efirdə evlənənlərə normal baxıram. Əvvəllər bu cür tanışlıqlar, məsləhətləşmələr qonşuluqda olardı. İndi qapı qonşular bir-birlərini tanımırlar ki, bilsinlər kimin qızı var, kimin oğlu. Bu cür halları mental dəyərlərimizə qatmamalıyıq. Xarici ölkələrdə bu mövzular bizimkilərdən müqayisə olunmayacaq qədər fərqlidir. Vallah indi nə milli dəyər qalıb, nə də mentalitet. Özəl televiziyalar hamısının içinə zibil qoyub. Mən evlilikdən çox efirdə əxlaqsızlığı təbliğ edən verilişlərin əleyhinəyəm. 4 saat canlı yayımda söyən söyənədir. Biri uşağını atıb Bakıya gəlir, biri 3 dəfə ərdə olub yenə ərə getmək istəyir. Mən bax bu kimi halları gündəm etməyin əleyhinəyəm. Fikrimcə, heç bir millət öz əxlaqını, mentalitetini başqa millətlə ölçməməlidir. Onların öz əxlaqı, öz adətləri var. Mümkünsə hər millət öz əxlaqını qorusun". 

Xəbərlər