Ümumi 13 Fevral 2023, 15:37 | Baxış sayı: 128
“Türkiyədə zəlzələdən sonra ilk yardımı Azərbaycan etdi, bu, qardaşlığın əbədi olmasının göstəricisidir”

“Qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində ilk yardımı Azərbaycan etdi, dövlətimiz qardaş ölkənin yanında olduğunu açıqladı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdi, başsağlığı verdi, eyni zamanda Türkiyənin Bakıdakı səfirliyinə baş çəkdi. Dövlət başçısı Türkiyəyə yardım üçün Fövqəladə Hallar Nazirliyinə və digər qurumlara müvafiq tapşırıqlar verdi. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan - Türkiyə qardaşlığı əbədidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı əsasında Türkiyəyə yardımlar, o cümlədən könüllülərdən ibarət heyət göndərildi. Mehriban xanım Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə telefonla danışıb, başsağlığı verib. Azərbaycan dövləti olaraq Türkiyədəki qardaşlarımızın yanındayıq. Dövlətimizin qarşısındakı prioritet istiqamətlərdən biri də Türkiyəyə yardımların göndərilməsidir. Xalqımız çağırışa qoşulub, əlindən gələni əsirgəmir”, - C.Osmanov qeyd edib.

Xəbərlər