"Təlim-tərbiyə işləri üzrə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər"
"Bu gün məktəblərdə çalışan təlim-tərbiyə işləri üzrə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər"
Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva parlamentin Elm və təhsil komitəsinin noyabrın 4-də keçirilən iclasında çıxışı zamanı deyib.
“Onlar sadəcə kabinetlərində oturmaqla işini sənəd işlərini görməklə yekunlaşmış hesab edirlər. Halbuki direktor müavinləri daim məktəbin dəhlizində olmalı, təhsil müəssisəsinin daxilində baş verən prosesləri izləməlidir. Son zamanlar məktəb daxilində bir sıra xoşagəlməz halların baş verdiyinin şahidi oluruq. Direktor və müavinləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir. Valideyn övladının məktəbə yola salır və övladı 6-7 saat orada olursa, deməli məktəb daxilində baş verən bütün hadisələrə məktəb rəhbərliyi cavabdehdir. Başqa bir nüans valideyn adı ilə məktəbə daxil olmaq istəyənlər də olur. Bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün məktəb daxilində ciddi nəzarət olmalıdır”.
Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, işini düzgün qurmayan direktorlar, direktor müavinləri ilə bağlı tədbirlər görülür.