"Tələbələri sonra işlə təmin etmiriksə, nə üçün dövlətin vəsaiti havaya sovrulur?"
KOMİTƏ İCLASLARI
24 May 2023, 16:23 | Baxış sayı:
230
"Ali təhsil müəssisələrində tələbələrin təhsil alması üçün dövlət kifayət qədər vəsait xərcləyir. Lakin sonradan biz onları işlə təmin etmiriksə, o zaman sual olunur ki, nə üçün dövlətin vəsaiti havaya sovrulur?"
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
O bildirib ki, həmçinin əvvəllər ali məktəbi fərqlənmə diplomu ilə bitirənlərin heç bir iş stajı olmadan birbaşa doktoranturaya sənəd vermək imkanı var idi./APA