KOMİTƏ İCLASLARI 19 May 2023, 15:29 | Baxış sayı: 97
“Tibb təhsilinin 7-ci kvalifikasiya səviyyəsi, rezidenturanın 8-ci kvalifikasiya səviyyəsinə daxil olması məqsədəuyğun olar"

Azərbaycanda tibb təhsili alan tələbələrin rezidentura proqramının doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O qeyd edib ki, Azərbaycanda rezidentura təhsili alanlar məcbur olur ki, xaricə getsin çünki oradan alınan diplom 8-ci səviyyədə qəbul olunur.

“Tibb təhsilinin 7-ci kvalifikasiya səviyyəsi, rezidenturanın 8-ci kvalifikasiya səviyyəsinə daxil olması məqsədəuyğun olar. Bu məsələnin gündəmə gətirilməsi işin gedişatına müsbət təsir edə bilər”.

Xəbərlər