İqtisadiyyat 1 May 2023, 14:13 | Baxış sayı: 114
"Taksi fəaliyyəti sahəsində pərakəndəlik hökm sürür"

"Taksi fəaliyyəti sahəsində pərakəndəlik höküm sürür. "Formula-1" yarışları ilə əlaqədar yollarda sıxlığın yaranması taksi qiymətlərinin də kəskin artmasına təsir göstərib. Hesab edirəm, belə pərakəndəliyin və özbaşınalığın baş verməməsinin ən düzgün yolu taksilərdə taksometrlərin quraşdırılmasının zəruriliyidir".


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.


Deputat bildirib ki, taksometr bütün taksilərin eyni qiymətlərlə xidmət göstərməsinə yol açar:
"Taksi xidmətindən istifadə edən vətəndaş da sayğacın göstəricisinə əsasən ödəniş edərsə, heç bir narazılıq yaranmaz. Ona görə də müvafiq qurum bunu tətbiq etsə, taksi xidməti sahəsindəki pərakəndəliyin aradan qalxacağını düşünürəm".

Xəbərlər