Cəmiyyət 28 Dekabr 2023, 17:22 | Baxış sayı: 211
“Şəxsən mən soyadımın sonluğunun dəyişməsinə lüzum görmürəm”

“Soyadlardan “-ov”, “-yev” sonluqlarının götürülməsi ilə bağlı Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb, mətbuatda işıqlandırılıb. Bu, könüllü, insanların arzu və istəklərindən asılı, həm də müəyyən qaydada problem yaradan məsələdir. Çünki biz sovet dövründə oxumuşuq, orta, ali təhsil, elmi adlar almışıq, bununla bağlı sənədlər də var. Digər mühüm sənədlərdə də soyadlarımız “-ov”, “-yev”lə gedib. İndi isə soyadını dəyişdirmək nə qədər sənədlərin dəyişdirilməsi deməkdir. Ev ünvanlarımızda da, poç-rabitə sistemində də soyadlar belə yazılıb. Bəziləri soyadının dəyişdirilməsinə adi məsələ kimi baxır, əslində isə mürəkkbliyi çoxdur”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

“Valideynlər yeni doğulan uşaqların soyadlarının sonluğunu öz istəkləri ilə dəyişirlər. Bu da təbiidir. Amma kimisə soyadını dəyişdirməyə məcbur etmək düzgün deyil. Bəziləri buna don da geyindirirlər ki, “belə soyadlar qəbuledilməzdir”, “soyadlarını dəyişdirməyənlərin məqsədi nədir...” Bu, düzgün yanaşma deyil. Belə yanaşmaq olmaz. Şəxsən mən bu gün soyadımın sonluğunun dəyişməsinə lüzum görmürəm. Çünki bu soyadda mənə aid çoxlu sənədlər var. Kitablarım, diplomlarım, məktublarım və digər sənədlər. Kiminsə istəyinin əleyhinə getmək düzgün deyil”, - deputat bildirib.

pravda.az

Xəbərlər