KOMİTƏ İCLASLARI 1 Dekabr 2022, 15:06 | Baxış sayı: 114
"Supermarketlərdə məhsulun üzərindəki qiymət real ödəniş qiymətindən fərqlənir"

Azərbaycanda bəzi supermarketlərdə məhsulun üzərindəki qiymət real ödəniş qiymətindən fərqlənir.

“Report” xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında deyib.

"Bir butulka suyu götürürsən, qiyməti üstündə 90 qəpikdir, kassada isə 1,10 manat göstərilir. Vətəndaşlar bu proseslərin yenidən başladığı ilə bağlı müraciət edirlər", - deputat deyir.

Onun sözlərinə görə, digər məsələ isə supermarketlərdə vaxtı keçmiş məhsulların satışa çıxarılmasıdır: "Bu problem birdəfəlik həll edilməlidir. Neçə dəfə görmüşəm ki, üstündəki yazını pozub yenisi ilə əvəz edib istifadə müddətini uzadırlar".

Deputat Əli Məsimli geni modifikasiya olunmuş məhsullar məsələsinə toxunaraq bildirib ki, onlar işğaldan azad edilmiş ərazilərdə istehsalı təşkil onunmuş ekoloji təmiz məhsullarla əvəz edilməlidir.

Ə.Məsimli dərman sahəsindən danışarkən qeyd edib ki, bir qrup adam daha çox qazanmaq üçün bütün oyunlardan çıxır və ən böyük zərbə vətəndaşlarımıza dəyir.

Xəbərlər