Siyasət 26 Sentyabr 2022, 12:33 | Baxış sayı: 169
"Sülh müqaviləsi imzalanmayana qədər “Ermənistan” deyilən ərazi bizim ərazi sayıla bilər"

“Ermənistan 86.600 km2 ərazimizi tanımayana qədər, biz də Ermənistanın 29.743  km2 ərazisini tanımayacağıq”.

 

Bunu Milli Məcsin deputatı Tahir Mirkişili bildirib.

 

T.Mirkişili qeyd edib ki, hazırda Ermənistanın nəzarətində 125 km2-ə yaxın ərazimiz qalıb (anklav kəndlər - Qazaxın və s.): “Tanınmayan sərhədlərdə kimin hansı ərazidə dayanması artıq texniki məsələdir, beynəlxalq qanunlara heç bir aidiyyatı yoxdur. Beləliklə, iki ölkə arasında sülh müqaviləsi imzalanmayana, sərhədlər müəyyən edilməyənə qədər “Ermənistan” deyilən ərazi bizim ərazimiz sayıla bilər, çünki o ərazilərdə daim azərbaycanlılar yaşayıb. Ermənilər tarixi seçim qarşısındadırlar: “To be or not to be” (Olum ya ölüm). Azərbaycan sülh, ləyaqətli həyat və qarşılıqlı hörmətin hökm sürdüyü bir Qafqaz istəyir və onu dizayn etməkdədir”.

Xəbərlər