Plenar iclaslar 24 Oktyabr 2023, 14:03 | Baxış sayı: 142
“Sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq”

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc parlamentin bugünkü iclasında bildirib.

Z.Oruc qeyd edib ki, qələbəmizə sistemli hücumlarını 10 dəfə artıran Avropa mediasının önündə gedənlərdən biri - Almaniyanın “Die Welt” nəşri “Qəzzanın kölgəsində-növbəti müharibə təhlükəsi haradır” adlı avantürüst məqalə ilə çıxış edib:

“Görünən odur ki, ölkəmizə qarşı mövqeyini kəskin dəyişən hazırkı alman hökuməti Cənubi Qafqazda düşmənçilik erasının bitməsini istəmir. “Die Welt” qəzetinin 2023-cü ildə erməni-azərbaycanlı münaqişəsinə həsr etdiyi 54 məqalənin əksəri qızışdırıcılığa, dövlətimizi ləkələməyə, onu islam ölkəsi kimi milli və dini baxımdan təkləməyə xidmət edir. Sən demə, Azərbaycan ordusu dünyanın diqqətinin Qəzza bölgəsinə yönəlməsinə görə İrəvana hücum edəcək, Zəngəzur dəhlizini hərbi yolla tutacaq”.

Deputat bildirib ki, avropalı məmurların məqsədi ölkəmizə “işğalçı” ləkəsi vurub qalib dövlətə nüfuz itkisi yaşatmaq, sanksiyalara məruz qoymaq, NATO-nun zirehi altında erməniləri Qarabağa zorla qaytarmaqdır: “Halbuki, Prezident “Zəngəzur dəhlizində hərbi planımız yoxdur” dedi, tarixi torpaqlara dinc qayıdışdan bəhs etdi. Xankəndinin Zəfər meydanında ölkə başçısı ermənilərlə ayrı-seçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənc nəslə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı. Necə olur ki, "Die Welt" nəşri, faşist təmayüllü Annelina Berbok bunları görmür”. (Qafqazinfo)

Xəbərlər