İctimai Dinləmə 28 Fevral 2024, 13:34 | Baxış sayı: 186
"Su qıtlığında dövləti, müvafiq qurumları qınamaq düzgün olmaz"

Azərbaycanda su qıtlığı ilə bağlı birbaşa dövləti, müvafiq qurumları qınamaq düzgün olmaz.

Bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə deputat İltizam Yusifov bildirib.

"Azərbaycanda suyun 80 %-dən çoxu transsərhəd çayları hesabına, yəni ölkədən kənarda formalaşır. Nəzərə alaq ki, bu gün bizim suya olan ehtiyacımızdan qat-qat artıq su formalaşıb. Sadəcə əhalinin ondan səmərəli istifadə etməsini nəzarətə götürmək lazımdır", - deyə deputat əlavə edib.

"Azərbaycan dünyada içməli suyun keyfiyyətinə görə 100 ballıq şkala üzrə 50 baldan aşağı göstəricidə qərarlaşıb. Biz keçən il yeni içməli su standartı qəbul etmişik. Buna qədər də standartımız var idi. Amma yekunda biz yenə də, xüsusilə Bakıda keyfiyyətli içməli sudan istifadə edə bilmirik. Su yekunda gəlir bir çənə tökülür və evlərdə krantlardan qumlu sular gəlir. Biz emal etdiyimiz, xərc çəkdiyimiz təmiz suyu insanlara çatdıra bilmirik", - deyə o qeyd edib.

report.az

Xəbərlər