"SSRİ dağılandan sonra digər ölkələrdə insanların boyu artıb, bizdə isə 5 sm qısalıb".
“SSRİ dağılandan sonra digər ölkələrdə insanların boyu artıb, bizdə isə 5 sm qısalıb”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bunun qidalanma ilə bağlı olduğunu vurğulayıb: ‘Ən azı 10 yaşına qədər uşaqlara müavinət verilməlidir. Təklif edirəm ki, ünvanlı sosial yardımın verilməsi ilə bağlı siyahını yerli bələdiyyələr hazırlasın. Digər tərəfdən, Azərbaycanda son vaxtlar boşanmaların sayı artıb. Tək uşaq böyüdən valideynlərə, xüsusilə analara diqqət artırılmalı, onlara müavinət verilməlidir. Bizdə 5 uşağı olan anaya cəmi 55 manat verilir. Bu, çox azdır. Bizə təqdim olunan sənədlər müavinətlərin artımı faizlə göstərilib, rəqəmlərlə bunu yazmaq lazımdır. Bu, rəqəmlə yazılanda çox az olacaq. Biz bunu görəcəyik. Düşünürəm ki, ciddi islahatlar aparmağın vaxtı çatıb”.