Cəmiyyət 30 Noyabr 2021, 13:50 | Baxış sayı: 192
"Sərhəd və gömrük məntəqələrində nəzarət gücləndirilməlidir"

"Sərhəd və gömrük məntəqələrində nəzarət gücləndirilməlidir"

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə deputat Jalə Əliyeva bildirib.

Deputat sosial çarxların vacibliyini vurğulayıb:

"Narkomaniyaya qarşı mübarizədə xüsusi çarxlar yayımlanmalıdır. Mətbuatın bu məsələdə rolunu artırmalıyıq".

Deputat Məlahət İbrahimqızı çıxışı zamanı ölkəmizin tranzit ölkə kimi narkotiklə bağlı bəlanın acısını yaşadığını qeyd edib:

“Azərbaycan elə bölgədir ki, narkobiznesin xəttində yerləşir. İşğaldan azad edilmiş torpaqlarda da narkotik bitkilər yetişdirilirdi. Həm də narkotik ticarətində bizim işğal altında olmuş yerlərdən tranzit kimi istifadə edilirdi”.

Deputat tədrisə hələ də narkomaniya ilə mübarizə məsələsinin salınmamasını diqqətə çatdırıb:

“Bununla bağlı addımların atılmasına da ehtiyac var. Həmçinin, nikaha gedən insanlardan Narkoloji Dispanserdən də arayış alınmasına ehtiyac var"

Xəbərlər