Plenar iclaslar 2 May 2023, 13:23 | Baxış sayı: 115
“Sosial şəbəkələrin bəzi “qəhrəmanları” bildirirlər ki, quru sərhədlərimiz ermənilər üçün niyə açıq olmalıdır?”

“Sosial şəbəkələrin bəzi “qəhrəmanları” bildirirlər ki, quru sərhədlərimiz  ermənilər üçün niyə açıq olmalıdır? Əvvəlcə qeyd etmək istəyirəm ki, quru sərhədlərimiz ermənilərin üzünə açıq deyil, sadəcə, Qarabağdakı ermənilərin Ermənistana gediş-gəlişi təmin olunur. Bütün məsələlər isə  zamanında öz həllini tapacaq. Dövlətimizin atdığı uğurlu addımlarında nöqsan axtaranlara isə bildirmək istəyirəm ki, özləri bir keyfiyyətli işlə məşul olsunlar və imza atılmış hər bir uğura görə fəxr etsinlər”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, Həkəri çayı üzərindəki körpüdə Ermənistanla sərhəddə Dövlət Sərhəd Xidmətinin nəzarət-keçid məntəqəsinin yaradılmasına Prezident İlham Əliyevin iradəsi və siyasəti sayəsində nail olunub: “Prezidentin dediyi hər bir söz reallıqda öz əksini tapır və erməni politoloqları da bu fikri təsdiq edirlər. Qarabağda yaşayan ermənilər artıq sərhədçilərimizin icazəsi ilə Xankəndinə gedib-gəlirlər. Beləliklə, reinteqrasiya və adaptasiya proseslərinə başlanılıb. Ən böyük uğurumuz da Ermənistanla sərhəddə üçrəngli bayrağımızın dalğalanması və sərhədlərimizə nəzarətin bərpa olunmasıdır.  Təəssüf ki, imza atılmış bu möhtəşəm uğurları görməyən və hər şeydə nöqsan axtarmağa çalışanlar da var”

Xəbərlər