Siyasət 17 Aprel 2023, 13:57 | Baxış sayı: 77
"Əsil vəhşi və barbar ermənilərdir"

"Ermənistanda keçirilən, bu ölkənin Baş nazirinin də iştirak etdiyi beynəlxalq yarışmada Azərbaycanın yandırılması, bayrağı yandıran şəxsə Ermənistanda qəhrəman münasibətinin bəslənməsi bu millətin vəhşi və barbar olduğunu bir daha göstərdi".


Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


Deputat bildirib ki, Ermənistan uzun illərdin bütün dünyada təbliğat aparır ki, Azərbaycanlılar vəhşi və barbar xalqdır: "Ona görə bizim onlarla birgə yaşamağımız qeyri-mümkündür. Əslində isə reallıq göz qabağındadır. Əsil vəhşi və barbar ermənilərdir. Heç şübhəsiz ki, erməniləri belə cinayətləri ard-arda törətməyə təşviq edən cəzasızlıqdır. Nə qədər ki, beynəlxalq təşkilatlar ermənilərin Azərbaycanlılara qarşı törətdikləri cinayətlərə hüquqi qiymət verməyib, cəzalandırmayıb belə də olacaq".


C.Məmmədov əlavə edib ki, nədənsə Azərbaycana və Azərbaycanlılaraq qarşı hər zaman kəskin mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar, nə də ayrı-ayrı dövlətlər ermənilər Azərbaycan əsgərinə və bayrağına qarşı törədilən vəhşiliklə bağlı kəskin mövqe nümayiş etdirmədilər: "Yoxsa erməni və xristian təəssübkeşliyi, islamafob və türkəfob düşüncə tərzi bu vəhşilikləri görməyə imkan vermir? Reallıq budur. Eyni zamanda, Azərbaycan vaxtında çox doğru qərar qəbul edərək yarışlarda iştirakdan imtina etdi. Belə vəhşiliyə elə də kəskin reaksiya olmalı idi. Beynəlxalq idman təşkilatları da bu məsəldə öz kəskin mövqelərini ortaya qoymalı, bu barbarlığı qətiyyətlə pisləməlidirlər. Əks halda belə təxribatlar davamlı xarakter alacaq".

Xəbərlər