"Selektiv abortlar baş alıb gedir, heç nə edə bilmirik"
İctimai Dinləmə
29 Noyabr 2023, 17:28 | Baxış sayı:
282
"Bu gün selektiv abortlar ölkəmizdə baş alıb gedir, lakin heç bir şey edə bilmirik".
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, selektiv abort əslində qanunla qadağandır: "Yaxşı olardı ki, axundlar da bu barədə maarifləndirmə işləri aparsınlar. İnanıram ki, aparırlar". APA