"Seçicilər yenə də 13 saylı Məşğulluq Mərkəzi filialının fəaliyyətindən şikayət etdilər".
"47 nəfər seçicimi dinlədim, problemlərinin həlli üçün qanunvericilik çərçivəsində bacardığım köməkliyi əsirgəməyəcəyimi onların diqqətinə çatdırdım. Qəbul zamanı seçicilər əsasən işsizlik, məşğulluq, qaz, torpaq məsələləri, ən əsası isə sosial problemlərdən əziyyət çəkdiklərini qeyd etdilər. Əlil olan vətəndaşlar əlilliyin müəyyən edilməsi üçün müayinədən keçdiklərini, lakin hələ də pensiyalarının bərpa edilmədiyini və məsələnin həllində onlara köməklik göstərməyimi xahiş etdilər. Seçicilər yenə də 13 saylı Məşğulluq Mərkəzi filialının fəaliyyətindən şikayət etdilər. Çox təəssüfedici haldır ki, hər seçici qəbulunda bu qurumun fəaliyyətsizliyi dilə gətirilir. Ən maraqlısı isə odur ki, seçici qəbulu ilə bağlı paylaşdığım və kütləvi informasiya vasitələrində işıqlandırılan məlumatlarda qurumun fəaliyyəti tənqid edilsə də, 13 saylı Məşğulluq Mərkəzi filialının rəhbərliyi nə bundan bir nəticə çıxarır, nə də öz fəaliyyətində müsbətə doğru dəyişiklik edir. Hesab edirəm ki, vətəndaşların haqlı narazılığına səbəb olan bu qurum barədə tədbir görməyin zamanı çatıb", deyə millət vəkili qeyd edib.
Bunları millət vəkili Jalə Əhmədova sosial media hesabında bildirib.