Cəmiyyət 10 Yanvar 2022, 14:13 | Baxış sayı: 246
"Rusiya çoxdandır ki, SSRİ tipli hansısa birlik yaratmaq niyyətindədir".

“Rusiya çoxdandır ki, SSRİ tipli hansısa birlik yaratmaq niyyətindədir. Xüsusilə Ukrayna və Qazaxıstanda baş verən son hadisələr bunu deməyə əsas verir. Lakin əlbəttə ki, bu, mümkün deyil”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, post-sovet ölkələrinin hər biri suveren dövlətlərdir: "Yəni, həmin dövlətlər öz ərazi bütövlüyünü qorumaq iqtidarındadırlar. Qazaxıstanda baş verən hadisələrin səbəbi isə rəhbərliyin xalq tərəfindən qəbul edilməməsi ilə bağlıdır. İstənilən halda isə, xalqın tələbələri qarşısında dövlət başçısının xarici qüvvələrin ölkəyə daxil olmasına icazə vərməsi qəbuledilən deyil. Tarix özü əhalisinin üzərinə qoşun yeridənlərə qiymət verəcək. Qazax xalqı güclü və döyüşkən xalqdır. Yəni, onlar öz suverenliyini qoruyub saxlaya biləcək. Belə olan halda, Rusiyanın SSRİ-ni bərpa etmək niyyəti baş tuta bilməz".

Xəbərlər