Siyasət 29 May 2023, 14:58 | Baxış sayı: 111
"Ərdoğanın qələbəsi İlham Əliyevin qələbəsidir"

"Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmış Rəcəb Tayyib Ərdoğanı ilk olaraq təbrik etməsi təbiidir. Azərbaycan xalqının bu seçkilərə marağının son dərəcə yüksək olması, anlaşılandır. Son illər Prezidentlər - İlham  Əliyevlə Ərdoğanın qardaşlıq münasibətləri, xarici siyasətdəki birgə addımları, ölkələrimizi bir-birinə daha yaxınlaşdırmışdır. İqtisadi, siyasi, mədəni əlaqələrlə yanaşı, müasir dünyanın ən aktual problemləri hesab olunan təhlükəsizlik məsələlərində razılaşdırılmış siyasət, dövlətlərimizin beynəlxalq nüfuzunu artırıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasında Ərdoğanın mənəvi, siyasi dəstəyini unutmaq olmaz:

"Dövlət başçılarımızın Türk Dövlətləri Birliyinin güclənməsində, transmilli layihələrin daha da işlək vəziyyətə gətirilməsində görüləsi işlər çoxdur. Ərdoğanın qələbəsi İlham Əliyevin, Azərbaycanın qələbəsidir, Türk dünyasının qələbəsidir. Bu baxımdan Ərdoğanın Azərbaycana dəvət olunması, gələcək fəaliyyətimizə yeni təkan verəcək. İlk xarici səfər, Azərbaycana ediləcək və mən bunu müsbət qiymətləndirirəm. Biz birlikdə güclüyük!".

Xəbərlər