Siyasət 29 May 2023, 14:59 | Baxış sayı: 108
"Ərdoğanın qələbəsi dünyaya lazım idi"

"Bu gün Azərbaycan və Türkiyə münasibətləri qardaşlıq, dostluq, səmimiyyət, sevincləri və problemləri bir olan ölkələrdəndir".

Bu fikirləri Demokrat.az-a açəqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat bildirib ki, Azərbaycan Prezidentinin təbriki ilk növbədə qardaş Türkiyənin bundan sonra Ərdoğan kimi nüfuzlu, təcrübəli bir adamın rəhbərliyi ilə öz yolunu davam etdirməsinə Azərbaycan tərəfinin məmnunluğu və uğurlarına təbrik arzulamaq idi:

"Hesab edirik ki, iki dövlətin münasibətləri nəinki qardaşlıq, eyni zamanda regionun problemlərinin vaxtında və uğurla həll edilməsi deməkdir. Ərdoğan dünyada tanınan nüfuzlu liderlərdəndir. Onun sözü, mövqeyi dünya birliyində həmişə diqqətlə gözlənilir. 

Heç də təsadüfi deyil ki, hətta onun getməsini arzulayan xarici ölkə rəhbərləri belə Ərdoğanı ilk təbrik edən liderlərdən oldular. Ərdoğanın qələbəsi Türkiyə ilə yanaşı dünyaya lazım idi. Və dünya bundan sonra da Ərdoğan Türkiyəsi ilə özünün bir çox problemlərini həll edəcək və tarixinin şərəfli səhifələrini yazacaq".

Xəbərlər