KOMİTƏ İCLASLARI 16 Yanvar 2024, 15:59 | Baxış sayı: 206
"Quraqlıq aqrar sektora ziyan vuran hadisə kimi qanunvericiliyə əlavə edilməlidir"

Azərbaycanın regionlarının böyük hissəsində kənd təsərrüfatı məhsulları dəmyə şəraitində istehsal edilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

"Bununla bağlı sənəd hazırlanıb. Quraqlıq da aqrar sektora ziyan vuran təbiət hadisəsi kimi qanunvericiliyə əlavə edilməlidir. Biz bu təklifi qanun layihəsi halına salmışıq", - deyə o qeyd edib.

Komitə sədri Tahir Mirkişili isə deyib ki, 2050-ci ilə qədər Azərbaycanın su ehtuyatları 23 %-ə qədər azalacaq: "Ona görə əvvəlcədən bu istiqamərdə tədbirlər görülməlidir. Siz bu laiyhəni aidiyyəti şöbəyə təqdim edin, biz buna baxaq".

report.az

Xəbərlər