Ümumi 23 Yanvar 2023, 18:45 | Baxış sayı: 148
"“Qurani-Kərim”in yandırılması İslam dünyasına qarşı təxribatdır"

“İsveçdə “Qurani-Kərim”in yandırılması İslam dünyasına qarşı təxribatdır. Bu, bütün dinlərə qarşı təhdid, cinayətdir. Görünür, bunun arxasında böyük bir təxribat dayanır. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də artıq bu hadisə ilə bağlı ölkəmizin rəsmi mövqeyi açıqlanıb. Əlbəttə, İslam dünyasına qarşı törədilmiş bu təxribat, dini cinayət yolverilməz, qəbuledilməzdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Azərbaycan cəmiyyəti bu addımı pisləyir: “Artıq İsveçin də Baş naziri tərəfindən mövqe bildirilib. Bundan sonra belə təxribatların baş verməməsi üçün İsveç hökuməti ciddi addımlar atmalı, belə halların qarşısı qətiyyətlə alınmalıdır”.

Xəbərlər