Siyasət 12 Sentyabr 2023, 17:08 | Baxış sayı: 179
"Qırmızı Xaç Komitəsi humanitar prinsiplərə əməl etməlidir"

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qərbin Rusiya Qırmızı Xaç Cəmiyyətinə  təzyiqi nəticəsində  ərzaq dolu yük avtomobili ayın 10 - da Ağdam - Xankəndi yolu ilə humanitar yardımı Qarabağda yaşayan ermənilərə çatdırmalı olduğu halda bu mümkün olmamışdır. Məlum olduğu kimi bu səbəbdən Azərbaycanın göndərdiyi 40 ton un yükü də hələ yolda qalmaqdadır"

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

"Bu faktlar bir daha sübut edir ki, Laçın dəhlizi və humanitar yardıtahm məsələlərindən Ermənistan hakimiyyəti və onların havadarları humanitar deyil, siyasi məqsədləri üçün istifadə etməkdə, beynəlxalq ictimaiyyəti aldatmaqdadılar. Əgər Qarabağda yaşayan ermənilər doğurdan da acdılarsa, ərzaq ehtiyacları varsa hansı yolla gətirilməsindən asılı olmayaraq Rusiya və Azərbaycan tərəfindən göndərilən yardımları mütləq qəbul etməlidirlər. Əgər etmirlərsə, yolu bəhanə gətirirlərsə deməli onlar siyasi təxribatlarla yol açır, məkrli niyyətlərini, təcavüzkar əməllərini həyata keçirirlər. Çox təəssüflər olsun ki, BQXK bu sahədə onlara yaxından dəstək verir və demək olar ki, Qərbin əlində siyasi oyunbazlıq etmək üçün bir alətə çevrilmişdir. Komitənin separatçılarla sıx əlaqədə olması yardımların çatdırılmasına maneçilik törədilməsində, qaçaqmalçılıqla məşğul olmaqda, qatillərin müdafiə edilməsində özünü aydın göstərir. Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan qanunlarına əməl etmirsə, öz ofisini ölkəmizə köçürmürsə, erməni təcavüzkarlarına dəstək verirsə, humanitar yardımların Qarabağa çatdırılmasına maneçilik törədib erməniləri çirkin əməllərə ruhlandırırsa onun fəaliyyəti məhdudlaşdırılmalı və bu barədə müvafiq orqanlara müraciət edilməlidir. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə yönələn hər bir cəhdin qarşısı vaxtında alınmalıdır".

demokrat.az

Xəbərlər